İsmayıllıda ziyarətgaha gedənlər cərimələniblər
2020-08-04 18:07
İsmayıllıda polis əməkdaşları tərəfindən bir qrup şəxsin toplaşaraq rayon ərazisində yerləşən ziyarətgaha getməsi müəyyən edilib. 20 nəfər karantin qaydalarını pozduğu üçün Polis Şöbəsinə dəvət olunub. 19 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilib.
Nərgiz Camal