İslamiada: Azərbaycanın iki güləşçisi finala vəsiqə qazanıb
Azərbaycanın iki güləşçisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib. İslam Bazarqanov (57 kiloqram), qadın güləşində Ruzanna Məmmədova (62 kiloqram) həlledici görüşə vəsiqə qazanıblar. Yarımfinalda uduzan Əli Rəhimzadə (65 kiloqram) və Nigar Mirzəzadə (68 kiloqram) isə bürünc medal uğrunda mübarizə aparacaqlar.

