İslamabad danışıqları uğursuz oldu: atəşkəsin taleyi qeyri-müəyyəndir

İran və ABŞ arasında əldə olunan atəşkəs rejiminin istənilən an pozula biləcəyi bildirilir.Binyamin Netanyahu Nazirlər Kabinetinin iclasında deyib ki, regionda vəziyyət hələ də gərgindir.İsrail ABŞ prezidenti Donald Trump tərəfindən İran limanlarına dəniz blokadası tətbiq edilməsi qərarını dəstəkləyir.İsrail və ABŞ arasında yüksək səviyyədə koordinasiya mövcuddur və tərəflər arasında fikir ayrılığı yoxdur.Tərəflər aprelin 8-də iki həftəlik atəşkəs barədə razılığa gəliblər.Danışıqlar isə Pakistanın paytaxtı İslamabadda aparılıb. Bununla bağlı NATO ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazında İranın blokada planına qoşulmayacağını deyib. İranın Məhkəmə Sisteminin sədri Qulamhüseyn Mohseni isə deyib ki, İran məntiq və prinsiplərə əsasən ABŞ tərəfi ilə müzakirə aparmağa və razılaşma əldə etməyə hazırdır.Onun sözlərinə görə, İran heyəti parlament sədri Məhəmməd Baqir Qalibafın başçılığı ilə müzakirələrdə İranın haqlı hüququnu və əldə etdiyi nailiyyətləri qoruyub. Lakin ABŞ tərəfinin fərqli tələbləri nəticəsində müzakirələr uğurla nəticələnməyib.Bu arada İsrail Müdafiə Qüvvələri (IDF) ABŞ-nin Hörmüz boğazının və İran limanlarının blokadası planları ilə əlaqədar hərbçiləri yüksək döyüş hazırlığı vəziyyətinə gətirib.

13 aprel 2026

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik