İri qaya parçası dağdan qoparaq Gəncə-Daşkəsən avtomobil yolunun 29-cu km-ə düşüb
2021-03-15 16:08
İri qaya parçası dağdan qoparaq Gəncə-Daşkəsən avtomobil yolunun 29-cu km-ə düşüb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, nəticədə yolun bir zolağı üzrə maşınların rahat və təhlükəsiz şəkildə hərəkətində problem yaranıb. Agentliyin texnikaları və canlı qüvvəsi əraziyə cəlb edilib. Qaya parçası yoldan uzaqlaşdırılıb.
Vəfa Şairova