2021-10-15 14:00
"Təxminən, 30 il ərzində Ermənistan İran ilə əlbir olaraq Avropaya narkotik vasitələrin daşınması üçün işğal edilmiş ərazilərimizdən istifadə edib". Bunu Azərbaycan Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında deyib. Prezident vurğulayıb ki, Azərbaycan-İran sərhəddi bərpa edildikdən sonra qarşısı alınan heroinin həcmi əvvəlki illərin analoji dövrü ilə müqayisədə 2 dəfə artıb. "İşğal dövründə dəfələrlə bəyan etmişdim ki, işğal altında olan ərazilər narkotik vasitələrin daşınması və beynəlxalq terrorçuların hazırlanması üçün istifadə edilir. İndi bu, artıq sübut edilmiş faktdır”, - deyə dövlət başçısı bildirib.
Nərgiz camal