İrandan ölkəyə narkotik keçirilməsinin qarşısı alınıb
Polis Binəqədidə əvvəllər məhkum olunmuş Azər Əzizovdan 2 kiloqram 130 qram heroin, Xırdalan şəhər sakini Murad Hüseynovdan 4 kiloqram 375 qram marixuana aşkarlayıb. Saxlanılan şəxslər İrandan qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri Bakıda ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq istədiklərini bildiriblər.
Əvvəllər məhkum olunmuş Oktay Xanlarzadə isə 1 ədəd lüləsi kəsilmiş odlu silah və 4 ədəd patronla saxlanılıb.
Vüsalə Cənnətova