İrandan Türkiyəyə xurma aparılan maşında “patı” tapılıb
Culfa gömrük postunda İrandan Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə xurma yükü aparan yük nəqliyyat vasitəsi yoxlanılıb. Yük avtomobilinin kabinində gümüşü rəngli falqaya bükülmüş sellofan paketin içərisində, təmiz çəkisi 14,757 qram olan metamfetamin aşkarlanıb.