İrandan narkotik keçirməyə cəhd edən şəxs saxlanılıb
“Göytəpə” sərhəd dəstəsinin hərbçiləri İrandan Azərbaycana narkotik keçirməyə cəhd edən şəxsi saxlayıblar. Araşdırma zamanı saxlanılan şəxsin İran vətəndaşı 1983-cü il təvəllüdlü Ağaməhəmməd Tohid Mirməhəbbətəli olması müəyyən edilib. Üzərindəki bağlamaya baxış keçirilərkən çəkisi 4 kq 995 qr metamfetamin və 1 kq 280 qr marixuana aşkar olunaraq götürülüb.
Fərid Mehdiyev