Canlı
İrandan gətirilən kivilərdə zərərli orqanizmlər aşkarlanıb

2018-11-08 / 18:00

İrandan fitosanitar sertifikatla ölkəmizə gətirilən kivilərdə zərərli orqanizm aşkarlanıb. Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, 10,4 ton kivi məhsuluna fitosanitar karantin baxışı keçirilərkən həmin məhsulun zərərli orqanizmlərlə sirayətlənməsi ehtimal olunub. Məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına göndərilib. Nümunələrdə karantin tətbiq edilən zərərli orqanizmlərdən "tut qalxanlı yastıcası" aşkar edilib.

Fərid Mehdiyev