İrandan gələn Azərbaycan vətəndaşı gömrük postunda saxlanılıb

2019-07-10 15:26

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında piyada yolla İrandan gələn Azərbaycan vətəndaşı Astara gömrük postunda saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb. Üzərindən gömrük nəzarətindən gizlədilmiş 1 ədəd bükümdə 227 qram heroin , 1 50 qram metamfetamin, 199 ədəd "metadon" aşkarlanıb.

Ruhəngiz Hacızadə