İrandan Azərbaycana 26 kiloqram narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
“Horadiz” sərhəd dəstəsinin Füzulinin Bala Bəhmənli kəndində yerləşən sərhəd zastavasının sahəsində keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ərazidə 2 ədəd bağlama içərisində təxmini çəkisi 17 kiloqram 660 qram narkotik vasitəyə bənzər maddə aşkar olunaraq götürülüb. Həmcinin Beyləqanın Qazaxlar kəndində sərhəd zastavasını xidməti ərazisində sərhəd naryadı tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Ərazidə gizlədilən 1 ədəd bağlamanın içərisində ümumi çəkisi 8 kiloqram 340 qram marixuana bənzər maddə götürülüb.