İrandan Azərbaycana təxliyə prosesi davam edir
Astara Sərhəd Gömrük keçid məntəqəsində təxliyə davam edir.Son üç saat ərzində məntəqədən 10 Azərbaycan vətəndaşı, həmçinin 5 Çin, 10 Rusiya və 4 Tacikistan vətəndaşı təxliyə olunub. Bu dəqiqələrdə 1 Fransa, 7 Tacikistan və 5 Azərbaycan vətəndaşının sərhədi keçidi təmin edilib.Təxliyə olunan şəxslər üçün xüsusi avtobuslar səfərbər edilib.Məntəqə ərazisində daha beş avtobus müvafiq zolaqda gözləyir.ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. İran da cavab olaraq İsrail ərazisinə raket zərbələri endirib, həmçinin ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən 14 hərbi bazasına hücum edib. Regionda yaranmış gərginlik səbəbindən bəzi ölkələr hava məkanını müvəqqəti bağlayıb.
02 mart 2026

