Canlı
İrandan Azərbaycana satmaq üçün heroin gətirən şəxs saxlanılıb

2018-11-07 / 16:41

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Lənkəran rayon sakini İsmət Babayevin idarə etdiyi “Toyota” markalı avtomobil xüsusi nəzarət qaydasında Sumqayıt şəhəri ərazisində saxlanılıb. Onun avtomobilində olan Masallı rayon sakini İltimas Əliyevin üzərinə baxış keçirilən zaman selofan torbaya bükülmüş içərisində 1 kiloqram 100 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Araşdırma zamanı İltimas Əliyevin həmin narkotik vasitəni Masallı rayonu ərazisində “Hacı” adlı İran vətəndaşından aldığı və İsmət Babayevlə birlikdə satmaq məqsədi ilə Sumqayıt şəhərinə gətirdiyi müəyyən edilib.

Vüsalə Camal