Canlı
İrandan Azərbaycana qaçaq yolla narkotik gətirən Gürcüstan vətəndaşı saxlanılıb

2018-06-13 / 12:29

Biləsuvar polisinin keçirdiyi əməliyyatla Səmədabad kəndi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gürcüstan vətəndaşı Almaz Rizayev saxlanılıb. Onun üzərindəki idman çantasından 8 kiloqram 415 qram tiryək və 286 qram heroin aşkarlanaraq götürülüb. Araşdırmalarla Rizayevin narkotik vasitəni İrandan Biləsvuvar rayonu ərazisinə qaçaq yolla keçirdiyi müəyyən edilib. İstintaq davam edir.

Ruhəngiz Hacızadə