İrandan Azərbaycana PUA ilə keçirilən narkotik dövriyyədən çıxarılıb
Dövlət Sərhəd Xidməti “Horadiz” ərazisində İrandan Azərbaycana qanunsuz yollarla keçirilən 38 kiloqramdan çox narkotik vasitə və 7 mindən artıq psixotrop həb aşkarlayıb. Narkotik vasitələrin bir hissəsinin pilotsuz uçuş aparatı, digər hissəsinin isə paraplan vasitəsilə keçirildiyi müəyyən olunub. Faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
08 sentyabr 2026

