İrandan Azərbaycana narkotik vasitələrin və psixotrop həblərin keçirilməsinin qarşısı alınıb
Dövlət Sərhəd Xidməti “Horadiz” və “Lənkəran” sərhəd dəstələrinin xidməti ərazilərində keçirdikləri əməliyyatlar zamanı ümumilikdə 49 kiloqram 950 qram narkotik vasitə və 3 min ədəd Metadon M-40 həbi aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. Faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
17 noyabr 2026

