Canlı
İrandan Azərbaycana narkotik vasitələr keçirməyə cəhd edən şəxslər saxlanılıblar

2018-10-11 / 12:02

Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzulinin Bala-Bəhmənli kəndindəki sərhəd zastavasının xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində Sabirabad sakini Hüseyn Hüseynov və Gürcüstan vətəndaşı Anar Əliyev İrandan Azərbaycana dövlət sərhədindən keçirilmiş 725 qram heroinlə saxlanılıblar. Fakt üzrə davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlinin digər iştirakçısı, hadisə yerindən qaçmış Beyləqan sakini Rahib Həziyev də müəyyənləşdirilərək saxlanılıb və istintaqa cəlb olunub.

Ruhəngiz Hacızadə