İrandan Azərbaycana narkotik keçirilməsi cəhdinin qarşısı alınıb
Gömrükçülər ölkə ərazisinə narkotik maddə keçirilməsinin qarşısını alıb. Astara Gömrük İdarəsinin əməkdaşları İrandan Azərbaycana gələn Emin Məmmədova məxsus “Meredes” markalı avtomobilə gömrük nəzarəti həyata keçirən zaman kinoloji xidmət iti nəqliyyat vasitəsinin salonunda narkotik maddəni aşkar edib. 5 uzunsov formalı bağlamada ümumi çəkisi 1 kiloqram 850 qram heroin götürülüb. Fakt araşdırılır.
Vüsalə Camal