İrandan Azərbaycana gətirilən portağalda rəngləyici maddə aşkarlanıb
İrandan Azərbaycana gətirilən 21 tondan çox portağalda rəngləyici maddə aşkarlanıb.Azərbaycan Dövlət Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, müayinə nəticəsində istifadəsi qadağan olunmuş rəngləyici maddə “Sitrus qırmızısı-2” aşkar edilib. Uyğunsuzluqla bağlı müvafiq tədbirlər görülüb və İranın müvafiq qurumuna ixracın dayandırılması üçün müraciət ünvanlanıb.
12 mart 2026

