İrandan Azərbaycana gətirilən 12 tondan çox pestisiddə uyğunsuzluq aşkarlanıb
İrandan Azərbaycana idxal olunan 12 028 kiloqram pestisiddə uyğunsuzluq aşkarlanıb.Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.Pestisid məhsulundan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Sınaq nəticəsində təsiredici maddənin (mineral yağ) miqdarı normadan aşağı müəyyən edilib.Uyğunsuzluqla əlaqədar məhsullar mənşə ölkəsinə geri qaytarılıb.
10 aprel 2026

