İrandan Azərbaycana gələn daha üç nəfərdə koronavirus aşkarlanıb
2020-03-05 16:00
İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn daha üç şəxsdə koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.Hazırda pasiyentlərin vəziyyəti kafidir, hərarətləri normaldır, şikayətləri yoxdur. Onların müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.Beləliklə, ölkədə koronavirusa yoluxmuş şəxslərin sayı 6-ya çatıb.
Vüsalə Camal