İrandan Azərbaycana 15 kq-dan çox narkotik gətirən şəxs saxlanılıb
2020-05-02 16:03
Cəlilabadın Gülməmmədli kəndində Azərbaycan vətəndaşı İsrafil İsmayılov şübhəli şəxs qismində saxlanılıb. Onun idarə etdiyi motosikletə və üzərinə keçirilən baxış zamanı 15 kiloqram 346 qramdan artıq heroin və 962,1 qram metamfetamin aşkar edilərək götürülüb. Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda bu cinayət əməllərinin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Vəfa Şairova