İrandan Azərbaycana narkotik gətirilməsinin qarşısı alınıb
2021-06-29 18:05
İyunun 28-də Yardımlının Ləzran kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İrandan Azərbaycan istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilib. Sahibsiz halda kolluqluqların arasında gizlədilən 1 ədəd bağlama içərisində təxmini çəkisi 5 kiloqram 845 qram narkotik vasitəyə bənzər maddələr aşkar olunaraq götürülüb.
Fərid Mehdiyev