İrandan Azərbaycana gələn daha 34 nəfər xəstəxanaya yerləşdirilib
2020-02-26 10:03
İranın xəstəlik qeydə alınan ərazilərindən gələn 34 nəfər müayinə məqsədilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin məlumata görə, onların səhhətlərində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri karantin müddəti bitənə qədər davam edəcək. Onların əksəriyyəti İranda dini təhsil alan tələbələrdir. Yeri gəlmişkən, Çində koronavirus qurbanlarının sayı 2 715 nəfərə çatıb. Ölkədə 29,7 mindən çox insan xəstəlikdən sağalıb, virusa yoluxanların ümumi sayı 78 min nəfəri ötüb.
Fərid Mehdiyev