İrandan 15 ka-dan artıq narkotikin keçirilməsinə imkan verilməyib
Sərhədçilər İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısını alıblar. “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində 3 şəxsin dövlət sərhədini pozması müşahidə edilib. Sərhəd pozucuları havanın qaranlıq və relyefin mürəkkəbliyindən istifadə edərək geriyə, İran ərazisinə qaçıblar. Aparılmış axtarış tədbirləri nəticəsində ərazidən ümumi çəkisi 15 kq 600 qram marixuana, 30 ədəd “Prostahealth” və 1000 ədəd “Metadon M-40” həbləri aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Fərid Mehdiyev