İrandan ölkəyə daxil olan sürücülər polis müşayiəti ilə hərəkət edirlər
2020-03-06 16:00
Azərbaycan ilə qonşu olan ölkələrdə koronavirusa yoluxma hallarının artmasından sonra həmin ölkələrdən ölkəmizə daxil olan yük nəqliyyat vasitələrinin polis əməkdaşlarının müşayəti ilə hərəkəti təmin edilir. Yalnız müəyyən edilmiş məntəqələrdə sürücülərin avtomobillərdən düşərək istirahət etməsinə icazə verilir. Sürücülər istirahət etdikdən sonra yol polisinin müşayəti ilə yollarının davam etdirirlər. Onların yol boyu yerli vətəndaşlarla ünsiyyətdə olması və marşurutdan kənar yerlərdə nəqliyyat vasitələrini saxlamasına isə ekstrimal vəziyyətlər istisna olmaqla icazə verilmir.
Vüsalə Camal