İrandan ölkəmizə narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb

2019-10-21 14:02

Cəlilabadın Yusifli kəndində sərhəd naryadı tərəfindən 2 sərhəd pozucusunun İrandan Azərbaycan istiqamətində hərəkəti aşkar olunub, qaçaqmalçılar dövlət sərhədindən qanunsuz keçirdikləri əşyaları ataraq geri qaçıblar. Həmin əşyaların 15 kq 445 qram narkotik vasitə və 580 ədəd psixotrop dərman preparatı olduğu müəyyən edilib.

Ruhəngiz Hacızadə