İrandan ölkəmizə külli miqdarda narkotik vasitə keçirmək istəyənlər saxlanıldılar

2019-04-13 / 12:09

“Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədindən qaçaq yolla İrandan ölkəmizə “Mersedes markalı avtomobillə gələn 3 Azərbaycan vətəndaşı 41 yaşlı Ramil Şirinov, 49 yaşlı İntiqam Eyvazov və 45 yaşlı Qurban Abdullayev saxlanılıblar. Onlardan ümumi çəkisi 6 kq 330 qr marixuana və 55 ədəd toxum narkotik vasitə aşkar olunaraq götürülüb.

Fərid Mehdiyev