İrandakı səfirliyimizə hücum zamanı terrorçu Vasif Tağıyevi tapança ilə yaralayıb
Səfirliyin kamerası vasitəsilə İrandakı terror hadisəsinin gedişatı anbaan izlənilib. Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə brifinqdə deyib ki, terrorçu 4 dəqiqə ərzində səfirliyin binası içərisində əməkdaşlara çoxsaylı atəşlər açıb. Giriş qapısındakı polis növbətçisi isə hadisəyə nəinki müdaxilə etməyib, hətta postunu tərk edib. "İrandakı səfirliyimizə hücum zamanı terrorçu Vasif Tağıyevi tapança ilə yaralayıb. Tapançadan açılan güllə onun çənəsindən girərək gözünün alt nahiyəsindən çıxıb" - deyə nazirik sözçüsü bildirib.
Vüsalə Cənnətova