Canlı
İrandakı zəlzələdə həlak olanlar arasında Azərbaycan vətəndaşı yoxdur

İranın İraqla sərhədində baş vermiş zəlzələ nəticəsində həlak olanlar arasında Azərbaycan vətəndaşı yoxdur. Bunu Trend-ə Azərbaycanın İrandakı səfirliyindən bildiriblər. Güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 339 nəfərə çatıb. Təbii fəlakət nəticəsində təqribən 2500-dən çox insan xəsarət alıb. İraqın şimalında isə 6 nəfər həlak olub, 200-dən çox yaralı var.

Vüsalə Camal