İranda ölkənin ən məşhur futbolçularından biri həbs edib
İranın təhlükəsizlik qüvvələri ölkənin ən məşhur futbolçularından biri - milli komandanın keçmiş üzvü və Tehranın “İstiqlal” klubunun keçmiş kapitanı Voriya Qafurini həbs edib. O, “Fulad Xuzistan” klubu ilə məşqdən sonra “Dünya çempionatında olan milli komandanın nüfuzuna zərbə vurmaq və dövlət əleyhinə təbliğat aparmaq” ittihamı ilə saxlanılıb. İran komandası İngiltərə ilə oyundan əvvəl dövlət himnini oxumadığı üçün artıq qalmaqaldadır və insanlar güman edirlər ki, Qafurinin həbsi futbolçuların bu etirazı təkrarlamamaları üçün molla rejimi tərəfindən bir növ xəbərdarlıqdır.