Canlı
İranda zəlzələ nəticəsində ölənlərin sayı 339 nəfərə çatıb, 2500-dən çox yaralı var

Ötən gün axşam saatlarında İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 339 nəfərə çatıb. Təbii fəlakət nəticəsində təqribən 2500-dən çox insan xəsarət alıb. İraqın şimalında isə 6 nəfər həlak olub, 200-dən çox yaralı var. Prezident İlham Əliyev zəlzələ ilə bağlı İraqın Baş naziri Heydər əl-Abadiyə də başsağlığı verib. Dövlət başçısı həlak olanların ailələrinə və yaxınlarına, bütün İraq xalqına başsağlığı verib, xəsarət alanlara şəfa diləyib.

Ruhəngiz Hacıyeva