Canlı
İranda yol qəzasında 11 nəfər ölüb, 28 nəfər yaralanıb

İranın Abəli şəhərində avtobusun aşması nəticəsində 11 nəfər həlak olub. Daha 28 nəfər xəsarət alıb. Avtobus Kərəc-Sari marşurutu ilə hərəkət edirmiş. Polisin ilkin araşdırmasına əsasən, nəqliyyat vasitəsi icazə verilən 50 km/saat sürətlə hərəkət edib. Hazırda qəzanın səbəbləri araşdırılır.

Vəfa Şairova