İranda rejimə qarşı etiraz aksiyaları səngimir
Paytaxt Tehranın şimal-qərbində yerləşən Cənnətabad rayonunda, həmçinin Baqeri rayonunda sakinlər küçələrə çıxıblar. Onlar “Diktatora ölüm!”, “Azadlıq, azadlıq, azadlıq!”, “Xameneiyə ölüm!” şüarları səsləndiriblər. Həmkarlar təşkilatlarının çağırışı ilə Tehranın bir neçə rayonunun ticarət mərkəzlərində tətil elan olunub. Eyni zamanda, Güney Azərbaycanın Təbriz şəhərində də bir sıra təhsil işçiləri etiraz aksiyası keçirib. “Yəzd Baft” toxuculuq fabrikinin bir qrup fəhləsi isə tələblərinin yerinə yetirilməməsinə etiraz olaraq tətil elan ediblər.
Nərgiz Camalzadə