İranda polisin təqibi nəticəsində azyaşlı dünyasını dəyişib
İranda etirazlarda 507 nəfər həlak olub. Ölənlərin 69-u yaşı 18-dən az olan şəxslərdir. 18 533 nəfər həbs olunub. Hormozqan əyalətində isə molla rejimi 12 yaşlı qızın ölümünə səbəb olub. Minik avtomobilinin polislərin “dayan” əmrinə tabe olmadığı üçün atəşə tutulduğu açıqlanıb. Maşında olan azyaşlı Səha Etibari həyatını itirib. İranın və Güney Azərbaycanın bir sıra şəhərlərində rejimin hərbi-polis qüvvələri tərəfindən qətlə yetirilən dinc etiraz aksiyaları iştirakçılarının ölümünün 40 günündə mitinq və yürüşlər keçirilib.