İranda növbədənkənar prezident seçkilərinin ikinci turu keçiriləcək
İranda növbədənkənar prezident seçkilərində indiyədək hesablanan səslərdən sonra Məsud Pezeşkian liderdir. Onun ardınca Səid Cəlili, Məhəmməd Baqer Qalibaf və Mustafa Purməhəmmədi qərarlaşıb. Seçkidə prezidentliyə namizədlərdən heç biri 50 faizdən çox səs toplaya bilmədiyindən ikinci tur iyulun 5-nə təyin olunub. Bu turda Məsud Pezeşkian və Səid Cəlili iştirak edəcək.
Fərid Mehdiyev