İranda növbədənkənar prezident seçkilərinin ikinci turu keçirilir
İranda növbədənkənar prezident seçkilərinin ikinci turu keçirilir. Prezidentlik uğrunda 69 yaşlı keçmiş səhiyyə naziri, islahatçı Məsud Pezeşkian və İran liderinin Ali Milli Təhlükəsizlik Şurasındakı 58 yaşlı nümayəndəsi, mühafizəkar Səid Cəlili mübarizə aparır. Bütün səslər hesablandıqdan sonra ölkədə seçkilərin nəticələrinin iyulun 6-da səhər saatlarında məlum olacağı gözlənilir.
Zülfiyyə Telmanqızı