İranda növbədənkənar prezident seçkiləri iyunun 28-də keçiriləcək
İranda prezident seçkilərinin keçiriləcəyi tarix açıqlanıb. Növbədənkənar seçkilər iyunun 28-də olacaq. İran Konstitusiyasına əsasən, seçkilər 50 gün ərzində təşkil edilməlidir. O vaxtadək prezidentin səlahiyyətlərini birinci vitse-prezident icra edəcək. İran Seçki Qərargahından bildirilib ki, seçkilərdə iştirak edəcək namizədlərin mayın 28-dən qeydiyyata alınmasına başlanılacaq.
Azad Mustafayev