İranda məktəblilər arasında zəhərlənmə halları artır
İranın Səfadəşt şəhərindəki Esmət liseyi və Höccət ibtidai məktəbinin bir neçə şagirdi dəm qazından zəhərlənərək xəstəxanaya aparılıb. Ümumilikdə son 3 ayda müxtəlif şəhərlərdəki məktəblərdə yüzlərlə şagird zəhərlənmə səbəbindən xəstəxanaya müraciət edib. Son araşdırmalarda bu zəhərlənmələrin zəhərli qazla kimyəvi hücumlar nəticəsində baş verdiyi müəyyən edilib.
Vüsalə Cənnətova