İranda koronavirusdan ölənlərin sayı 34-ə çatıb
2020-02-28 18:06
İranda koronavirusdan ölənlərin sayı 34-ə çatıb. İran Səhiyyə Nazirliyinin rəsmisi Kiyanuş Cahanpurun sözlərinə görə, ölkədə koronavirus daşıyıcılarının sayı 388 nəfərdir. Eyni zamanda 73 nəfər infeksiyadan sağalıb. Gürcüstanda isə koronavirusa ikinci yoluxma halı qeydə alınıb. Həmin şəxsin hazırkı vəziyyətinin qənaətbəxş olduğu deyilir.
Vüsalə Camal