İranda koronavirusdan ölәnlәrin sayı 2 mini ötüb
2020-03-25 18:04
İranda yeni koronavirus nəticəsində indiyәdәk 2 077 nəfər ölüb. Bu ölkənin Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi bildirib ki, ötәn 24 saat әrzindә bu virusdan 143 nәfәrin ölmәsi öz tәsdiqini tapıb. Ümumilikdə İranda COVİD-19 daşıyıcılarının sayı 27 017 nәfәrә çatıb, 9 625 nәfәr isə sağalıb.
Fərid Mehdiyev