İranda etirazçıya ölüm hökmü çıxarılıb
İran məhkəməsi Tehran vilayətində etirazçılardan birinə ilkin ölüm hökmü çıxarıb. Məlumata görə, saxlanılan şəxs “hökumət binasını yandırmaqda” və “kütləvi iğtişaşlar təşkil etməkdə” ittiham olunub. İranda hicab geyimi qaydasını pozduğuna görə əxlaq polis tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümü ilə bağlı yaranmış iğtişaşlar sentyabr ayından başlayıb. 57 gün davam edən etiraz aksiyaları zamanı 50-si uşaq olmaqla 330 nəfər həlak olub.