İranda etirazçılarla bəsic qüvvələri arasındakı silahlı atışmada 4 nəfər yaralanıb
İranın İlam əyalətinin Dehloran şəhərində etirazçılarla İnqilab Keşikçiləri Qvardiyasının əsas kadr bazası olan bəsic qüvvələri arasında silahlı atışma nəticəsində 4 nəfər yaralanıb. Etiraz aksiyaçılarına və dinc əhaliyə divan tutan yarımhərbi və radikal bəsic qüvvələri aksiya keçirmək istəyən gənclərə atəş açıb. Bu səbəbdən azadlıqsevərlər qarşı tərəfə cavab verib.
Eləcə də İranın Xuzistan əyalətinin mərkəzi Əhvaz şəhərinin inqilab məhkəməsi Şeyban həbsxanasında saxlanılan 6 ərəb siyasi məhbus barəsində edam hökmü çıxarıb.
Fərid Mehdiyev