İranda etirazlar zamanı 1700 azərbaycanlı gənc həbs edilib
İranda sentyabrdan başlayan etirazlarda 1700 nəfər güneyli gənc həbs edilib. Ərk İnsan Haqlarının Müdafiəsi Komitəsinin sədri Jalə Təbrizli qeyd edib ki, ildə təqribən iki-üç min cənubi azərbaycanlı fəal həbs edilir. "Biz BMT-də təmsil olunuruq və İranda tutulan gənclərin ailələrini qorxudurlar ki, o gənclərin adlarını bizə verməsinlər. Çünki biz çəkinmədən sözümüzü deyirik" - deyə sədr əlavə edib.