İranda etirazlar davam edir, 451 nəfər həlak olub
İranda etirazlarda 451 nəfər həlak olub. Məlumata görə, ölənlərin 63-nün yaşı 18-dən az olan şəxslərdir. 17 sentyabr tarixindən aparılan hesablamaya görə, 18 173 nəfər həbs olunub. Onlardan 3 332 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Ölkənin 156 şəhərini əhatə edən aksiyalarda güc strukturlarının 60 nümayəndəsi öldürülüb.