İranda etirazlar başlayandan öldürülənlərin sayı 362 nəfərə çatıb
Təbrizdəki etirazlar zamanı Tibb Elmləri Universitetinin tələbəsi Aylar Həqqi öldürülüb. O, hökumət qüvvələrinin nümayişçilərə qarşı zorakılığı və güc tətbiq etməsindən sonra binalardan birinə sığınıb. Etirazçıları təqib edən bir neçə xüsusi təyinatlı onun ardınca binaya girib və Aylar Həqqini oradan aşağı atıblar. Ağır bədən xəsarətləri alan gənc qız hadisə yerindəcə həyatını itirib. Tələbənin dəfn edilmək üçün doğma şəhərinə aparılmasına da icazə verilməyib. İranda etirazlar başlayandan bəri öldürülənlərin sayı 362 nəfərə çatıb.