İranda azərbaycanlı musiqiçi həbs olundu
İranda ifadəyə çağırılan azərbaycanlı musiqiçinin həbs olunduğu ortaya çıxıb. Belə ki, Qəzvin şəhərinin ədliyyə idarəsinə çağırılan Məsumə Bənagərin həbs olunub. O, rejim qüvvələri tərəfindən qətlə yetirilən soydaşımız Cavad Heydərinin anım mərasiminə qatıldığı üçün saxlanılıb. Məsumə Bənagər musiqiçidir və uşaq musiqi müəllimidir. Bundan başqa, bu gün səhər saatlarında İranın qərbində yerləşən Kirmanşah vilayətinin Qəsre-Şirin rayonunda 4,7 bal gücündə zəlzələ baş verib. Nəticədə indiyədək 3 nəfər xəsarət alıb.
Vüsalə Cənnətova