İrana qarşı yeni sanksiyalar paketi hazırlanır
Avropa İttifaqı İrana qarşı sanksiya təzyiqlərini davam etdirəcək. Bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib. Nazir vurğulayıb ki, Məhsa Əmininin öldürülməsindən dörd həftə sonra İranda etirazların zorakılıqla yatırılmasına görə məsuliyyət daşıyanlara qarşı qurum tərəfindən sanksiyalar tətbiq olunub. Amma bu, kifayət etmir. Növbəti sanksiyalar paketi üzərində iş gedir. Və gələn həftə onun qəbul edilməsi gözlənilir.