Canlı
İran zəlzələ qurbanlarına matəm saxlayır

İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 445 nəfərə çatıb. 7 mindən artıq yaralı var. İraq ərazisində də həlak olanlar və yaralılar var. Zəlzələnin gücü 7,4 bal olub. Təbii fəlakətlə əlaqədar bu gün İran ərazisində matəm elan olunub. Zəlzələnin ən çox zərbə vurduğu Kirmanşah əyalətində isə 3 günlük matəm elan edilib.

Vəfa Şairova