İran xüsusi xidmət orqanlarının yaratdığı casus şəbəkəsi ifşa edilib
DTX İran xüsusi xidmət orqanlarının yaratdığı casus şəbəkəsini ifşa edib. Azərbaycan vətəndaşları Zahir Əsgərov, Elnur Rəsulov, Arif Rəsulov, Mirhafiz Cəfərzadə və Bəxtiyar Ağazadə Cinayət Məcəlləsinin 274-cü - dövlətə xəyanət maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək həbs olunublar. Onlar ölkəmizdə fəaliyyət göstərən şirkət və nümayəndəlikləri, Xəzər dənizində Hərbi Dəniz Qüvvələrinin keçirdiyi təlimlərin yeri və vaxtı, neft platformalarına daşınan yüklər, ölkədə baş verən ictimai-siyasi proseslər, hərbi hissələr, onların yerləşdiyi yerlər və təyinatları barədə məlumatları İran xüsusi xidmət orqanlarına ötürməkdə ittiham edilirlər.